AZ RU EN

DİZAYN

Dizayn

Bizim şirkət interyer üçün yüksək dərəcəli dizayn təklif edir. Rəssam və dizaynerlərimizin ölçüyəgəlməz təcrübəsi, ustalığı və istedadı müasir və təkrarolunmaz layihələr yaratmağa imkan verir.Bizim əməkdaşlar daim yaşayış və ofis məkanlarında müasir dizaynın yeni istiqamətlərini öyrənirlər.

Şirkət sifarişçilərinin öz mənzilləri və ya ofis mərkəzlərinin yeni və unikal görünüşündən həmişə məmnun qalmaları bizim əsas vəzifəmizdir. Bizim dizaynerlər həmişə sizi öz layihələri ilə təəcübləndirməyə hazırdırlar. Ofis və ya evin interyerinin dizaynının yaradılması dizaynerin müştəri ilə xoş tanışlığından başlayır. Sifarişçi bütün arzularını dilə gətirir, məkanın ölçülərini, istədiyi üslubu, üstünlük verdiyi rəngi və arzuladığı dekor və təmirin maliyyəsini dəqiqləşdirir. Məkanın tamamilə yeni dizaynının formalaşdırılması işi bir neçə mərhələyə bölünür:
  • Layihənin eskizinin yaradılması, məkanın düzgün planlaşdırılması
  • Gələcək interyerin 3D formatında qurulması, Sizin interyerin gerçəyə yaxın foto təsvirinin hazırlanması
  • Fəhlələr üçün çertyoj paketinin hazırlanması
  • Biz o cümlədən restoran, bar və maqazinlərin interyerlərinin dizaynı üzrə geniş xidmət spektri təklif edirik.
İNTERYER